Həkimlərin bonusları 6 aydır niyə ödənilmir?

Həkimlərin bonusları 6 aydır niyə ödənilmir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxana və poliklinkalarda həkimlərə əmək haqqından əlavə verilən bonusların 6 aydır ödənilməməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Qurumdan Qaynarinfo-un sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqlarına tətbiq edilən bonuslar (işin nəticəsinə görə aylıq əlavələr) xəstəxanalardan daxil olan reyestrə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ekspertiza edildikdən sonra ödənilir:

"Tibb müəssisələri tərəfindən təqdim edilmiş reyestrlər vaxtında, düzgün və tam həcmdə daxil olduqda Agentlik tərəfindən bonusların hesablanması və ödənişi ekspertiza müqaviləsinin şərtlərində nəzərdə tutulan müddətdə həyata keçirilir".

Qeyd edək ki, xəstəxana və poliklinkalarda həkimlərə əmək haqqından əlavə verilən bonusların 6 aydır ödənməməsi ilə bağlı məlumat yayılıb. Məlumatda həkimlər 6 aydır onlara verilməli olan bonusların gecikdirildiyini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...