“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”

“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Redional Gənclər və İdman İdarəsi və Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Tərtər rayon Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “Əbədiyaşar dahi şəxsiyyət–Heydər Əliyev” adlı gənclərin iştirakı ilə konfrans keçirilib.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Əsgərov, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş mütəxəsisi Kəmalə Abbaszadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin İnzibati -Təşkilat sektorunun müdiri Anar Şahbazov, Qarabağ qazisi Bayram İbrahimov, Tərtər Peşə məktəbinin tələbəsi Fəxriyyə Budaqova çıxış ediblər.
Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs olunub. Bildirilib ki, müstəqil Azərbaycanın yaradıcısı olan Ümummilli Liderin adı və xidmətləri Azərbaycanın yarım əsrlik tarixi ilə üzvi surətdə bağlıdır. O, bütün həyatı boyu daim dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider hələ 1967-ci ildə kommunist ideologiyasının sərt dövrlərində, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışarkən milli təfəkkürlü, Azərbaycançılıq ideologiyasına sahib kadrları qoruyub saxlayıb və xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlayıb. Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi ilə Azərbaycan xalqının zəngin dövlətçilik və idarəetmə qabiliyyətinə malik olduğunu bütün dünyaya göstərmiş oldu.
Ümummilli Liderin Azərbaycan SSR-ə rəhbərlik edərkən onu İttifaq Respublikalarının ən son sıralarından SSRİ-nin inkişaf etmiş respublikası səviyyəsinə qaldırdı, Görkəmli dövlət xadimi müstəqil Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ölkəmizin müstəqilliyini möhkəmləndirdi və respublikada siyasi sabitliyi təmin etdi. Qeyd olunub ki, zəngin idarəetmə təcrübəsinə sahib olan Ulu Öndər qısa müddətdə müstəqil Azərbaycanın inkişafı naminə əməli addımlar atıb, tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanıb, hərbi, iqtisadi, siyasi, elmi, ədəbi, mədəni sahələrdə bir çox layihələr həyata keçirilib.
Konfransda Ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğıdan da söhbət açılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Və gənclərimizin bu vəzifələrin öhdəsindən layiqincə gəldilər.

Bildirilib ki, hazırda qed etdiyimiz “Konstitusiya və Suverenlik İli”nin təməlini Ümummilli Lider Heydər Əliyev qoyub. Məhz birbaşa Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanıb və referendum yolu ilə təsdiq olunub. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edilib. Ümummilli Liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, Dövlət proqramları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib.
“Ata vəsiyyətinə” əməl edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 30 il işğal altında olan torpaqlarımız işğaldan azad edilib, ərazilərimizin suverenliyi bərpa olunub.
Bildirib ki, məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib, beynəlxalq təşkilatlarda dövlətimizin və onun Liderinin sözünə önəm verilir, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Azərbaycanın iştirakı və icazəsi olmadan regionda heç bir layihə həyata keçirilmir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf layihələrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir və öz zəngin təcrübəsi ilə bu inkişafa öz əməli töhfələrini verir.
Konfransın sonunda Ulu Öndərdən bəhs edən film nümayiş etdirilib.



“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”
“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”
“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”
“Konstitusiya və Suverenlik İli-2025”: “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...