Fırıldaqçıların yeni pul oğurluğu sxemi – DİQQƏTLƏ OXUYUN!

Fırıldaqçıların yeni pul oğurluğu sxemi –
Fırıldaqçılar yeni sxemlərə əl atıblar. İndi onlar oğurlanmış pulların çıxarılması üçün vətəndaşların qanuni bukmeker saytlarındakı hesablarından istifadə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə danışan kibertəhlükəsizlik üzrə mütəxəssislər məlumat veriblər.

Fırıldaqçılar istifadəçini İnteraktiv Mərc Transferlərinin Uçotu Mərkəzində qeydiyyatdan keçirdikdən sonra onun bukmeker hesabına giriş əldə edir və bu hesabı qanuni əməliyyat təəssüratı yaradan tranzit pulqabısı kimi istifadə edir.

BetBoom şirkəti belə sxemlərin mümkünlüyünü təsdiqləyib. Lakin onların bildirdiyinə görə, çoxpilləli monitorinq və təkrar yoxlama sistemi sayəsində şübhəli hesablar operativ şəkildə bloklanır. Bundan əlavə, şirkət nəzarət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...