Nadir İsrafilov vəfat etdi


Çox ağır və acı bir xəbər al
Nadir İsrafilov vəfat etdi
dıq. Azərbaycan təhsilinin dəyərli simalarından biri, dərin biliyi, yüksək mənəviyyatı və sarsılmaz prinsipiallığı ilə seçilən hörmətli Nadir İsrafilov dünyasını dəyişdi.
Gundeminfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
Nadir müəllim təkcə bir təhsil eksperti deyildi, o, həm də örnək bir ziyalı, sözünün çəkisi olan, dövlətə, millətə bağlı bir şəxsiyyət idi. Onun illərlə apardığı mübarizə, təhsilin inkişafı uğrunda səsləndirdiyi fikirlər bu sahədə çalışan hər bir insan üçün yol göstərən mayak idi. Onun səsi təhsilin vicdanı idi.

İnanmaq istəmirik. Elə bil yenə sabah çıxıb deyəcək ki, “təhsildə keyfiyyət və məsuliyyət prinsipləri unudulmamalıdır.” Amma bu dəfə o sükuta qərq oldu…

Allah Nadir müəllimə rəhmət eləsin. Məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına, təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.

Yaddaşlarda dürüst, fədakar, ləyaqətli bir insan kimi qalacaqsınız, Nadir müəllim. Ruhunuz şad olsun.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...