Sığorta haqlarının 90%-i 3 şirkət tərəfindən yığılıb

Sığorta haqlarının 90%-i 3 şirkət tərəfindən yığılıb
Bu ilin ilk 5 ayı ərzində ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 719 milyon 353 min manat sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqları 11,7% və ya 75 milyon 599 min manat artıb.
Qeyd edək ki, sığorta şirkətləri tərəfindən yığılan sığorta haqqının yarıdan çoxunu – 70,6%-ini “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 507 milyon 947 min manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 75,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 58,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta yığımlarının 89,2%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Atəşgah” və “Qala” sığorta şirkətlərinin payına düşüb.
Bu ilin ilk 5 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 642 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkət isə 1,2 milyon manatlıq yığımla “İpək Yolu Sığorta” şirkəti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...