Bu kəndin sakinləri qanlı su içir - VİDEO

Bu kəndin sakinləri qanlı su içir -
Biz Göyçay rayonu, Cəyirli kənd sakinləri artıq şikayət yox, məmurların yarıtmaz fəaliyyətindən, korrupsiya əməllərindən dad edirik.

Cəyirli kənd sakinlərinin istifadə etdiyi su arxına, qəssab maqazini hər gün çirkab (kəsdiyi heyvanların qanını, peynini və s) axıdır. Həmçinin ərazidə olan avtomobil təmiri və avto yuma sexləridə, həmin su arxına çirkab axıdırlar.Bu isə insanların sağlamlığını ciddi təhlükə altında qoyur.Həmin arxın suyundan Cəyirli və qonşu kənd sakinləri istifadə edirik, içirik, əkinlərdə və ev heyvanlarının suvarılmasında istifadə edirik.

Gundeminfo.az-a müraciıt edən kənd sakinləri bu qanunsuzluq barədə dəfələrlə şikayətlər etsəkdə, aidiyyatı qurumlar heç bir tədbir görmürlər. Kənd sakinləri çıxılmaz vəziyyətdə qaldıqlarını yazırlar.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul vəzifəli əməkdaşları, həmin çirkabı Cəyirli kəndinin su arxına axıdan ticarət obyektlərindən aylıq rüşvət aldıqları üçün bu qanunsuzluqlara göz yumub, şərait yaradıblar.

Buna görədə bizim şikayətlərimizə baxan yoxdur, heç bir tədbir görülmür.

Daima çirkablı sudan istifadə etdiyi üçün Cəyirli kəndində çoxlu sayda ağır xəstəlikdən əziyyət çəkən şəxslər var.

Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər aidiyyatı qurumlardan xahiş edirik Cəyirli arxına çirkab axıdanlar və onlardan aylıq alan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul vəzifəli əməkdaşları barədə qanunu və ciddi tədbirlər görəsiniz.

Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.



VİDEONU İZLƏMƏK ÜÇÜN BURA TIKLA


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...