İlkin Ali Məhkəməyə müraciət etdi

İlkin Ali Məhkəməyə müraciət etdi
Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.

Bakupost.az xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.

Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.

Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.

Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.

Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...