İcra başçısının qəbulunda səsələndirilən problem həll edili
Rayon rəhbərinin Bala Kəngərli kəndində keçirilən səyyar qəbul- görüşü zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Bala Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı bir qrup kənd sakini müraciət edərək Cəmilli kəndi ərazisindən keçən suvarma arxının təmizlənməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Cəmilli kənd İƏD üzrə nümayəndəlik və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.
Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
44 dəfə oxundu