Həmkarlar İttifaqında "putyovka" biznesi
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Möhbalıyev dövründən bugünədək düzəlmir ki, düzəlmir. AHİK sədri postuna Sahib Məmmədov gətirildikdən sonra da qurumda ciddi irəliləyiş olmayıb. İqtisadiyyat nazirinin müavini olmuş S. Məmmədovun AHİK-də dərin islahatlar aparacağı gözlənilsə də, idarəçilikdə, şəffaflıqda, "putyovka"ların verilməsində dəyişikliklər olmadı. Bu da qurumun qaldığı yerdən - Möhbalıyev dövründən fəaliyyətini olduğu kimi davam etdirməsinə gətirib çıxarıb. Halbuki Sahib Məmmədov genişmiqyaslı işlər həyata keçirə bilərdi. Çünki AHİK ciddi bir korrupsiya, yeyinti, maxinasiya yuvalarından biridir. Xüsusən də kurort mərkəzlərinə göndərişlərdə müxtəlif oyunlardan çıxırlar.
Anxeber.Az-a verilən məlumata görə, hətta AHİK-in Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi yaradılıb. Bu sistem onlayn şəkildə qeydiyyatdan keçmək və "putyovka" əldə edə bilmək imkanı yaradır. Lakin bura qədəri bər-bəzək, qulağa xoşgələn bəlağətli ifadələrdir. Əslində, AHİK "putyovka" məsələsini yenə biznesə çevirir. Misal üçün onlayn platformadan qeydiyyatdan keçdikdə Bakıda, Nabranda bəzi istirahət mərkəzləri təklif olunur. Onlar da keyfiyyət və xidmət səviyyəsinə görə bir o qədər yaxşı sayıla bilməz. Buna səbəb isə qeyri-rəsmi şəkildə yaxşı kurort yerlərinin AHİK rəhbərliyinə yaxın adamlara verilməsidir. Qurum rəhbərliyində təmsil olunanlar, onların yaxın çevrəsi necə düzüb-qoşurlarsa, onlayn qeydiyyatdan keçərək ən yaxşı istirahət mərkəzlərinə "putyovka" əldə edirlər. Bu barədə verilən xəbərə görə, AHİK-də onlayn rezervasiyasını təşkil edənlər var. Onlar məsələni qeyri-rəsmi formada həll edir, sonra onlayn qeydiyyatdan keçirir. Nəticədə başqalarına ucuz, xidməti aşağı yerlər təklif edilir. Məsələn, vətəndaşlardan biri "Quba Macəra Lake Park" və bu kimi digər daha normal yerlərə göndəriş ala bilmir. Çünki AHİK rəhbərliyi özünküləşdirib. Bu da Sahib Məmmədovun Səttar Möhbalıyevdən qalan "sistemi" davam etdirməsi deməkdir.
Ümumiyyətlə, Həmkarlar İttifaqının mərkəzləşdirilmiş bir sistemi yaradılıb. Bu sistem vasitəsilə vətəndaşların sanatoriyalara yollayışları təmin edilir. Qeydlər isə zənglər vasitəsilə alınır. Dəfələrlə zəng edirsən, bu mərkəzə düşə bilmirsəb. Düşdükdə isə istəyinə uyğun sanatoriyanı təklif etmirlər. Hətta bu barədə APA TV material təqdim edib.
Artıq bir ilə yaxındır ki Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rəhbərliyə gəldiyi gündən qalmaqallı təyinatları, narazılıq doğuran idarəetməsi ilə yadda qalan Sahib Məmmədov öz ətrafına qarşı hədsiz dərəcədə həssas yanaşmaqda davam edir.
Bundan əlavə, 2024-cü ilin noyabrından 2025-ci ilin martına qədər təşkilatdan 500 nəfərə yaxın əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılıb, ixtisara salınıb, işsiz qalıb, təşkilatın 10 idman cəmiyyəti heç bir səbəb olmadan bağlanıb. Lakin qurumdan səs çıxmayıb. Həmçinin
sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıblar.
Bir sözlə, AHİK dəyişikliklərə hamilədir...
Anxeber.az
50 dəfə oxundu