Nigar Camaldan Fərqanə Qasımovaya sərt cavab: “Hicab taxıb, bədənşəkilləndirmə etdirmək də günahdır”
Müğənni Nigar Camal Əməkdar artist Fərqanə Qasımovanın onun geyimi ilə bağlı səsləndirdiyi tənqidə sərt şəkildə cavab verib.
Müğənni “Instagram” səhifəsində qeyd edib:
“Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır.
Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.
Qeyd edək ki, Fərqanə Qasımova Nigar Camalın “DreamFest”dəki geyimi ilə bağlı açıqlamasına “Kəsmə yollarla önə getmək əlbəttə çox rahatdır – türk qardaşlarımız demişkən”, – deyə şərh yazıb.
Musavat.com
43 dəfə oxundu