Emin Çətinbağ Rusiyada həbs edildi

Emin Çətinbağ Rusiyada həbs edildi
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ dələduzluq işi ilə bağlı Rusiyada həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin Moskva müstəntiqləri taekvondo üzrə dünya çempionu Emin Çətinbağ və polis idarələrindən birinin keçmiş əməliyyatçılarının daxil olduğu cinayətkar qrupun 6 üzvünə qarşı cinayət işini araşdırır.
Dəstənin 5 üzvünə qarşı cinayət işi açılıb. Daha bir nəfər axtarışa verilib.
İstintaqçılar cinayətkar qrupun 2025-ci ilin fevralından gec olmayaraq yaradıldığı versiyasını irəli sürüblər. Qrupun təşkilatçısı bu işə öz tanışlarını, onların arasında Çetinbağ və polis əməkdaşlarını da cəlb edib.
İddia edilib ki, qrupun lideri kriptovalyuta ilə məşğul olan və böyük maliyyə resursları olan insanları tapıb:
“Bundan sonra idmançı zərərçəkənlərlə yaxşı tanışlığından istifadə edərək onlarla görüşlər təşkil edib, vəziyyəti yoxlayıb və onların yerləşdiyi yerləri digər iştirakçılara bildirib. Bu zaman cinayətkar dəstənin üzvləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərib, daha sonra onları polis şöbəsinə apararaq, törətdikləri cinayətlərə, o cümlədən terror fəaliyyətinə köməklik göstərdiklərinə görə saxlayacaqları ilə bağlı əməliyyat tədbirləri həyata keçirəcəkləri ilə hədələyiblər. Bundan sonra təqsirləndirilən şəxslər hədə-qorxu ilə pul tələb edib və təzyiq altında qurbanların telefonlarını əlindən alıb, onların birjalarda bank hesablarını yoxlayıb və azadlıq müqabilində dərhal rəqəmsal aktivlərin köçürülməsini tələb ediblər. Bu hərəkətlər nəticəsində Moskva sakinlərinə 4 milyon rubldan çox maddi ziyan dəyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...