Sabiq nazir Heydər Babayev biznesini Londona köçürdü

Sabiq nazir Heydər Babayev biznesini Londona köçürdü
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82.3 MİLYON AVRO (!) olub.

Gundeminfo.az xəbər verir ki, bi barədə araşdırmaçı jurnalist Cavaşir Həzsənli paylaşım edib.

- Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub.

Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub.
Heydər Babayev 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.

Sabiq nazir Heydər Babayev biznesini Londona köçürdü
Sabiq nazir Heydər Babayev biznesini Londona köçürdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...