“Elçin Babayev BDU-nu dədə mülkü kimi idarə edir”

“Elçin Babayev BDU-nu dədə mülkü kimi idarə edir”
Rektor Elçin Babayev ölkənin bir nömrəli universiteti olan Bakı Dövlət Universitetini dədə mülkü kimi idarə edir. Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub.

Tribunainfo.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyev Feysbuk hesabında yazıb.

“Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Hüquq fakültəsində fənlərin adının dəyişdirilməsi, dərs saatlarının bölgüsünü hələ də 95 yaşlı Məsumə Məlikova ilə məsləhətləşir. Bu çoxbilmiş rektor müəllimimiz, Heydər Əliyevin ən yaxın silahdaşı, 91-lərin ən ləyaqətli üzvlərindən biri olan professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 80 illik yubileyini keçirmədi. Bununla o, ağsaqqalı Ramiz Mehdiyevin 91-lərə olan nifrətini biruzə verdi.

Ancaq universitetin qara ləkəsi olan Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi.
E.Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir…
Ölkənin Baş Universitetində bu qədər ayrı seçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir”, deyə E.Əliyev yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...