Argentina ruslar üçün "doğum turizmi"ni dayandırdı

Argentina ruslar üçün "doğum turizmi"ni dayandırdı

Argentina hökuməti miqrasiya siyasətində dəyişiklik edərək rusiyalı qadınların ölkəyə xüsusi olaraq uşaq dünyaya gətirmək üçün səfərlərinin qarşısını almağa qərar verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Argentinanın Rusiyadakı səfiri Enrike İqnasiо Ferrer Vieyra RBK-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, viza rejiminin ləğvi iki ölkə arasında mədəni və turistik mübadiləni gücləndirmək üçün nəzərdə tutulmuşdu, lakin bunun hamilə qadınların Argentinaya doğuş məqsədilə kütləvi şəkildə gəlməsinə xidmət etməsi planlaşdırılmamışdı.

Əvvəllər yeni doğulan uşaqların valideynləri doğuşdan dərhal sonra vətəndaşlıq üçün müraciət edə bilirdilər. İndi isə qanuna əsasən, 18 yaşdan yuxarı xarici vətəndaş yalnız ölkədə ən azı iki il fasiləsiz yaşadıqdan sonra təbii yolla vətəndaşlıq əldə edə bilər.

Səfir Vieyra vurğulayıb ki, Argentina yalnız qanuni miqrasiyanı qəbul edir. Onun sözlərinə görə, qaydaların sərtləşdirilməsi səhiyyə və təhsil sistemindən sui-istifadə hallarına görə edilib. Bir çox insanlar ölkəni sadəcə pasport almaq üçün seçir, bəziləri isə dövlət xidmətlərindən vergi ödəmədən faydalanmağı planlaşdırırdı.

Rəsmi statistika göstərir ki, 2022–2023-cü illərdə Argentinaya 23 mindən çox rusiyalı daxil olub. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildən etibarən rusiyalılar rezidentlik icazələrinin sayına görə rekord göstəriciyə - 3,7 min müraciətə nail olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...