Maaşlardan daha çox vergi tutulacaq – İşçiləri ağır il gözləyir

Maaşlardan daha çox vergi tutulacaq –
“2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmaların 2 milyard 567 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 29.05% çoxdur. Yəni 2026-cı ildə fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə 129 manat 50 qəpik yığılacaq”.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, əvvəllər və hal-hazırda da keçərlidir ki, 2026-ci ilin yanvarından bu qayda artıq olmayacaq.

G. Hüseynovanın sözlərinə görə, qeyri-neft sektorunun inkişafı üçün, gəlir vergisi 7 il müddətinə 8000 AZN-ə qədər maaş alanlar üçün ləğv edilmişdi. 8000 manatdan yuxarı maaş alan qeyri-neft sektorunda çalışanların isə əmək haqqından %14 gəlir vergisi tutulur. Bu qərar 2026-cı il, 1 yanvar tarixinədək qüvvədədir. Əgər yeni əlavə və dəyişikliklər olmasa, gəlirin 2500 manatadək hissəsindən %14 qalan hissəsindən isə %25 vergi tutulacaq.
Nümunə olaraq 6000 manat əmək haqqı alan şəxs üçün
6000-2500=3500
2500*14%=350
3500*25%=875
Bu şəkildə hesablanacaq.
Dövlət büdcəsinə vergi yığımlarının artma proqnozu da məhz bu səbəbdən idi.
Yuxarıda, nümunədə qeyd etdiyim kimi həmin o “350” manatlıq hissə (şərtidir) 1 yanvardan etibarən tutulacaq.

Qərarın kölgə iqtisadiyyatına təsirinə qaldıqda isə, qeydiyatdan kənar işçi çalışdırmaq halları tamam ilə qeyri qanunidir. Mütəmadi olaraq Dövlət Vergi Xidməti Tərəfindən Yoxlamalar aparılır. Bu kimi hallarda iş sahibinə cərimələr yazılır. Bu manitorinqlərin sayı da ilbəil daha da artırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...