Məktəb direktorunun diplomu saxtadır? - İDDİA

Məktəb direktorunun diplomu saxtadır? -
Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.

Qaynarinfo-nun məlumatına görə, o, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.

Məktəb direktorunun diplomu saxtadır? -


Qeyd edək ki, Gülanə Əliyeva 02 avqust 2023-cü ildə 250 nömrəli tam orta məktəbin direktoru təyin edilib. Məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirdi ki, bu cür fərdi məlumatlar yalnız məhkəmə qərarı ilə ictimaiyyətə açıqlana bilər:
"Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...