Bu şirkətin arxasında kim dayanır? – Qazaxda milyonluq tenderlərin "pərdəarxası"

Bu şirkətin arxasında kim dayanır? –
Qazax Rayon İcra Hakimiyyəti və tabeliyində olan qurumlar son illərdə dövlət satınalmaları ilə diqqət çəkir.

Ən maraqlı məqam isə eyni şirkətin – “Azərtranss” MMC-nin təkrar-təkrar milyonluq tenderlərin qalibi olmasıdır.

Tenderlərin təkrarlanan qalibi

Ötən ilin iyulundan bu günə qədər “Azərtranss” MMC Qazax rayonunda müxtəlif təmir-tikinti işləri üzrə 5 müqavilə imzalayıb. Onların ümumi məbləği 3,089 milyon manat təşkil edir. Maraqlıdır ki, bu tenderlərin bəziləri “açıq”, bəziləri isə “bir mənbədən” satınalma üsulu ilə həyata keçirilib.

Yalnız son bir ildə şirkət Qazax şəhərində yolların əsaslı təmiri, magistral yol kənarında hasarların tikintisi, dam örtüklərinin bərpası kimi iri həcmli sifarişləri icra etməyə götürüb.
Bu şirkətin arxasında kim dayanır? –

Nizamnamə kapitalı – cəmi 20 manat

Milyonlarla manatlıq layihələr qazanan şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı isə Qazax şəhərində sadə bir yaşayış ünvanıdır

– Heydər Əliyev küçəsi, 58/5.

Qanuni təmsilçi dəfələrlə dəyişdirilib: əvvəlcə Mustafayev Xəlil Xaliddin oğlu, sonra Adil Qasımov Məmməd oğlu, daha sonra yenidən Mustafayev, nəhayət isə Qasımov. Bu dəyişikliklər şirkətin real sahibliyi ilə bağlı suallar doğurur.

Bu şirkətin arxasında kim dayanır? –


Kölgədəki şəxs – Mədət Səttarov

Məlumatlara görə, “Azərtranss”ın əsas dayaqlarından biri keçmiş dəmiryolu rəsmisi, vaxtilə “Azərbaycan Dəmir Yolları” QSC-də vəzifə tutmuş Mədət Səttarov Mühid oğludur. İddialara görə, məhz onun əlaqələri nəticəsində şirkət Qazax tenderlərinin daimi qalibinə çevrilib.

Mədət Səttarov Qazax” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin üzvüdür.

Qardaş biznesi və təhlükəli YDM

Mədət Səttarovun qardaşı Elşən Səttarov isə Qazaxda sahibkar kimi tanınır. Onun parkın arxa girişində – insanların sıx toplaşdığı məkanda açdığı yanacaqdoldurma məntəqəsi illərdir fəaliyyət göstərir.
Bu şirkətin arxasında kim dayanır? –


Ekspertlərin fikrincə, belə obyektlər yaşayış məntəqələrindən və ictimai parklardan kənarda olmalıdır. Lakin bu YDM məhz parka gələn insanların oturduğu məkanın düz arxasında işləyir. Bu fakt “təhlükəsizlik qaydaları niyə gözardı olunur?” sualını doğurur.

Üstəlik, Elşən Səttarovun Qazax kəndlərindən birində zavod fəaliyyət göstərir.

Nəticə
Tenderlərin təkrar-təkrar eyni şirkətə verilməsi, şirkətin formal kapitalı ilə müqayisədə aldığı iri sifarişlər və Səttarov qardaşlarının biznes əlaqələri Qazaxda dövlət vəsaitlərinin xərclənməsində ciddi suallar doğurur. Faktlar göstərir ki, rayonun iqtisadi həyatında qərarları dar bir çevrə müəyyənləşdirir.


Xatırladaq ki, Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur.
Bu şirkətin arxasında kim dayanır? – Qazaxda milyonluq tenderlərin "pərdəarxası" /Ümummilli liderin adını daşıyan parkda tikilən YDM-nin sahibi ilə nə əlaqəsi var?

(32gün.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...