“Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
“Xristianlığı qəbul edin və rus olun. Onda buyurun, bizim ölkəmizdə yaşayın”.
Yeniavaz.com yerli “Telegram” kanallarına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin ən güvəndiyi adamlarından hesab olunan “Putinin beyni” ləqəbli Aleksandr Duqin bildirib.
Digər tərəfdən, Duqin müsəlman miqrant qadınlara Rusiya ilə həmrəylik əlaməti olaraq hicablarına “Z” simvolu taxmağı təklif edib. Onun sözlərinə görə, “Z” simvolu ümumi mübarizədə iştirak və dəstək simvoluna çevrilə bilər.
"Yaxşı, siz İslamı qorumaq istəyirsiniz. Bu kifayət qədər yaxşıdır. Qəhrəman “Axmat”la birlikdə vuruşun və siz rus İslamına sahib olacaqsınız. Bizim adət-ənənələrimizə hörmət edin, biz də sizin adət-ənənələrimizə hörmətlə yanaşaq”, - o, bildirib.
“Orada bir müsəlman qadın oturur, pravoslav qadınlarla birlikdə sığınacaqlarımızı qorumaq üçün tor toxuyur. Belə qadına kim bir söz deyə bilər? Gəlin, hamımız onun qarşısında baş əyək. Bu, onlara aid deyil. Onlar miqrant deyil, onlar ruslardır. Belə qadınların açılmasına ehtiyac yoxdur, amma qoy hicablarına “Z” simvolu taxsınlar”, - Duqin qeyd edib.
“Filosof” miqrantlarla bağlı sərt mövqeyini də ifadə edib.
“Hər hansı bir miqrant hər hansı bir rusa toxunursa, o, artıq cinayətkardır. Bütün miqrantlar üçün, o cümlədən azərbaycanlılar, taciklər, özbəklər - hansıları ki, biz ən toksik hesab edirik – çıxış yolu var: assimilyasiya. Rusiyanın uğrunda vuruşan pravoslav azərbaycanlı, tacik, özbək artıq miqrant deyil, rusdur. Ən həqiqi rus”, - o əlavə edib.
“Xristianlığı qəbul edin və rus olun. Onda buyurun, bizim ölkəmizdə yaşayın. Söhbət irqdən yox, mədəni koddan gedir”, - Duqin bildirib.
Bundan əlavə, Duqin əmək miqrasiyasının sıfıra endirilməli, əmək resurslarının robot texnikasının inkişafı hesabına doldurulmalı olduğunu qeyd edib.
48 dəfə oxundu