Azərbaycanda bu məhsullar bahalaşa bilər - Açıqlama

Azərbaycanda bu məhsullar bahalaşa bilər -

Dünyanın geosiyasi quruluşu sürətlə dəyişməkdədir. ABŞ Prezidenti Donald Trampın digər ölkələrə qarşı tətbiq etdiyi tariflər qlobal ticarət müharibəsinin daha da kəskinləşməsinə səbəb olub. Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənliklər valyuta bazarlarına da ciddi təsir göstərməkdədir. Belə ki, Trampın tətbiq etdiyi tariflər nəticəsində ABŞ dolları müəyyən dərəcədə dəyər itirib. Bunun əksinə olaraq, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, rubl dəyər qazanmaqda davam edir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyada rublun dəyərinin artması birbaşa olaraq ölkə iqtisadiyyatına təsir göstərir. Bəs Rusiyada rublun bahalaşması ölkəmizə necə təsir göstərəcək?

Bu barədə Moderator.az-a danışan iqtisadçı Razi Abasbəyli bildirib ki, rublun dəyər qazanması, Rusiyada yaşayan azərbaycanlıların gəlirlərinə müsbət təsir göstərəcək:
“Belə ki, onların maaş və qazanc imkanlarının yüksəlməsi Azərbaycana göndərilən pul köçürmələrinin həcminin artmasına səbəb olacaq. Bu isə ölkə daxilində alıcılıq qabiliyyətinin yüksəlməsi, istehlak səviyyəsinin artması və nəticə etibarilə daxili bazarın canlanmasına səbəb olacaq. Digər bir təsir isə, Rusiyadan Azərbaycana ixrac edilən məhsullarla bağlı bahalaşma ola bilər. Rublun dəyər qazanması kənd təsərrüfatı və sənaye məhsullarının Azərbaycanda bahalaşması ilə nəticələnə bilər. Eyni zamanda, Azərbaycandan Rusiyaya ixrac edilən malların baha satılması azərbaycanlıların aqrar sektordan əldə edəcəkləri gəlirlərin artmasına gətirib çıxaracaq”.
İqtisadçı qeyd edib ki, rublun dəyərinin artması Rusiyadan Azərbaycana gələn turistlərin xərcləmə qabiliyyətini artıracaq, bu da turizm sektoruna müsbət təsir göstərəcək:

“Bu isə turizm sektorunda, xüsusilə hotel, restoran və digər xidmət sahələrində gəlirlərin artmasına səbəb ola bilər. Valyuta bazarına gəldikdə isə, rublun dəyərinin artması bu valyutanın bazardakı payını artıraraq, manatın sabitliyinə müəyyən təsirlər göstərə bilər. Ona görə də Mərkəzi Bank valyuta ehtiyatlarının idarə olunması ilə bağlı müəyyən qərarlara yenidən baxmaq məcburiyyətində qala bilər və qərarlar dəyişdirilə bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...