Heydər Əliyev və Azərbaycan memarlığı mövzusunda elmi-praktik konfrans keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan memarlığı mövzusunda elmi-praktik konfrans keçirildi
17 aprel 2025-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan memarlığı mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Kamil Məmmədov, Şura üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolu və xidmətləri olduğunu, onun müxtəlif sahələrdə əldə etdiyi yüksək nailiyyətlərdən birinin də memarlıq olduğunu qeyd etdi. Belə ki, onun rəhbərliyi ilə Bakıda və respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, parklar, memarlıq abidələri meydana gəlmişdir. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında və tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olmuşdur.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev öz çıxışında Heydər Əliyevin heykəltaraşlıq sahəsində yeniliklərin yaradılmasını o cümlədən özünün rəhbəri olduğu Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev abidəsinin və parkının qurulması haqqında fikirlərini bildirdi.
Tədbirdə iştirak edən Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışlarında şəhərsalma və memarlıq abidələrinin Heydər Əliyevin sayəsində yüksək zövqlə tərtibatını, eyni zamanda Bakı, Naxçıvan və respublikanın digər şəhərlərində tikinti quruculuq və quraşdırma işlərində onun izinin olduğunu vurğuladılar.
Sonda mövzuya uyğun videoçarx nümayiş olundu.
105 dəfə oxundu