Mənə “sən türksən” deyib təpiklədi…
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.
Axar.az xəbər verir ki, o, 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib.
Zərərçəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu söyləyib. Yaşar Əlməmmədovun sözlərinə görə, o, fevralın 27-də əsir götürülüb.
Təqsirləndirilən şəxlərdən Madat Babayanı, Bako Sahakyanı və Arkadi Qukasyanı tanıdığını deyən zərərçəkmiş daha sonra vurğulayıb:
“Madat Babayanın dəstəsinin üzvləri, şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə “sən türksən” deyib təpiklədi, sonra təhqir etdi”.
Y.Əlməmmədov 1992-ci il martın 2-də yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayət
76 dəfə oxundu