Çinin yalnız bu avtomobillərini alın! - Ekspert

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Azərbaycanda avtomobil bazarında olan dəyişiklik barədə danışarkən deyib.
Eldəniz Cəfərov bildirir ki, Çin avtomobillərinin bazarda yer qazanmasının bir neçə əsas səbəbi var:
“Vaxtilə Azərbaycanda xüsusilə bölgələrdə insanlar Rusiya istehsalı avtomobillərə üstünlük verirdilər. Bu avtomobillər qiymət baxımından münasib idi, onların təmiri ucuz başa gəlirdi və ehtiyat hissələri əlçatan idi. Lakin Rusiyaya qarşı sanksiyalar tətbiq olunduqdan sonra bu ölkənin avtomobil sənayesində böhran yarandı. Nəticədə Rusiya avtomobillərinin yerini Çin modelləri tutmağa başladı. Yaxşı olardı ki, vətəndaşlarımız Avropa bazarı üçün istehsal olunmuş və rəsmi zəmanətlə satılan Çin avtomobillərinə üstünlük versinlər. Çin daxili bazarı üçün istehsal olunmuş, lakin qeyri-rəsmi yollarla ölkəyə gətirilən modellər sonradan problem yarada bilər. Çünki onların servis xidməti, ehtiyat hissələri və zəmanət məsələləri problemli olur”.
Eldəniz Cəfərov hesab edir ki, gələcəkdə Çin avtomobillərinin Azərbaycan bazarında üstünlük qazanıb-qazanmayacağı məhz servis xidmətlərinin keyfiyyətindən asılı olacaq:
“Əgər servis xidməti yaxşı təşkil olunarsa, bu avtomobillər daha da populyarlaşacaq. Əks halda, bazarda yerini qoruyub saxlaya bilməyəcəklər. Vətəndaşlara məsləhətim odur ki, avtomobili yalnız rəsmi satış kanallarından alsınlar”.
39 dəfə oxundu