Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı məlum olub

Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı məlum olub
Azərbaycanda 2024-cü ildə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilmiş əcnəbilərin sayı məlum olub.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.


Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4.251 əcnəbiyə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilib, 5.106 əcnəbinin isə müvafiq icazə müddəti uzadılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...