Tramp iyunda NATO sammitində iştirak edəcək

Tramp iyunda NATO sammitində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, - diplomat deyib.

Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...