Saakaşvilinin oğlu Amerikaya getdi

Saakaşvilinin oğlu Amerikaya getdi
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyətinin ABŞ-a səfərə başlayıb.

Yenisabah.az xəbər verir ki, nümayəndə heyətinə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili də daxil olub.

Səfərin məqsədi Bidzina İvanişvili və onun ətrafına şəxsi sanksiyaları nəzərdə tutan “MEGOBARI Aktının vaxtında qəbulunu təmin etmək üçün” Senatda görüşlər keçirməkdir.

Gürcüstanın keçmiş hakim partiyası bağlanmaq təhlükəsi ilə üzləşib. “Gürcü Arzusu” ona “Nürnberq məhkəmələri” vəd edir, keçmiş hakimiyyətin hərəkətlərini araşdırmaq üçün komissiya yaradıb və ilin sonuna kimi UNM-ni konstitusiyaya zidd partiya elan etməyi və onun fəaliyyətini qadağan etməyi planlaşdırır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...