Xərclərimizin 56%-dən çoxunu yeyib-içməyə sərf edirik – Rəsmi

Xərclərimizin 56%-dən çoxunu yeyib-içməyə sərf edirik –
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 33,3 manat artıb.
Belə ki, ötən ilin ilk 4 ayında əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manat xərcləyib.
Onu da bildirək ki, ötən ilin ilk 4 ayında xərclənən vəsaitin 56,4%-i (235 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 4 ayında xərclənən vəsaitin 56,1%-i (252,4 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...