DİN-dən əməliyyat - Saxlanılanlar var - VİDEO

DİN-dən əməliyyat -
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.

Gundeminfo.az xəbər verir ki, tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
88 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...