Qəbul imtahanlarından NARAZILIQLAR artır – Yeni model tətbiq OLUNACAQ?
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları hər il minlərlə abituriyentin həyatında həlledici rol oynayır. Lakin bu imtahanlarla bağlı mübahisəli sualların yaranması, narazılıqların baş verməsi artıq adi hala çevrilib. Valideynlər və abituriyentlər bəzən sualların məzmunu, qiymətləndirmə meyarları və şəffaflıqla bağlı suallar qaldırırlar.
Bəs bu problemlər nə zaman köklü və sistemli şəkildə həll ediləcək? Mövcud çətinliklərə institutlaşmış yanaşma mümkündürmü?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, qəbul imtahanlarının təşkili olduqca mürəkkəb və çoxşaxəli bir prosesdir:
“Əvvəla başa düşməliyik ki, bu proses kifayət qədər çətin və mürəkkəbdir. Təkcə imtahan suallarının hazırlanması yox, qiymətləndirmə, nəticələrin elan olunması və digər mərhələlər də özlüyündə çətinliklər yaradır. Tam şəkildə heç bir fikir ayrılığı və müzakirənin olmaması mümkün deyil. Lakin bu o demək deyil ki, problemlərin üzərindən sükutla keçməliyik.”
Deputatın fikrincə, qəbul imtahanları ilə bağlı yaranan narazılıqlar ciddi şəkildə araşdırılmalı və hər bir şikayət sistemli yanaşma ilə qiymətləndirilməlidir:
“Belə hallar geniş ictimai müzakirələrə səbəb olmadan, vaxtında və şəffaf şəkildə həll edilməlidir. Bu, həm ictimai etimadı artırar, həm də abituriyentlər və onların ailələri üçün daha ədalətli bir mühit yaradar”, - deyə o bildirib.
Ceyhun Məmmədov vurğulayıb ki, problemin aradan qaldırılması üçün yalnız təhsil qurumlarının deyil, bütövlükdə cəmiyyətin, xüsusilə də qanunverici orqanların üzərinə də mühüm vəzifələr düşür:
“Biz bu sahədə bütün imkanlarımızı səfərbər etməli, real addımlar atmalı və fəaliyyətimizi bu istiqamətdə daha da gücləndirməliyik. Qəbul imtahanları ilə bağlı ictimai narazılıqların qarşısını almaq üçün şəffaflıq, obyektivlik və sistemlilik əsas prinsip kimi qəbul edilməlidir.”
Qeyd edək ki, hər il qəbul imtahanları zamanı müəyyən suallar ətrafında narazılıqlar yaranır və bu hallar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olur. Ekspertlər isə təklif edirlər ki, bu cür problemlərin təkrarlanmaması üçün imtahan mexanizmləri təkmilləşdirilməli, ictimai iştirakçılıq gücləndirilməlidir.
66 dəfə oxundu