Paşinyan: Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır

Paşinyan: Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdırErmənistan artıq bu gün Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz bunu təklif edirik, çünki artıq hazırdır”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...