BBC Trampdan üzr istəyib, lakin təzminat tələbini rədd edib

BBC Trampdan üzr istəyib, lakin təzminat tələbini rədd edibBöyük Britaniyanın BBC yayım korporasiyası ABŞ Prezidenti Donald Trampdan onun çıxışının yanlış montaj edildiyi sənədli filmə görə üzr istəyib.

APA xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Bununla belə, korporasiya Trampa təzminat ödəməkdən imtina edib və ABŞ prezidentinin böhtan iddiası üçün əsas olmadığını bildirib.

Sözügedən qalmaqal Panorama proqramının buraxılışından sonra yaranıb. Verilişin redaktorları Trampın 2021-ci ildə Kapitoli binasının basqını zamanı çıxışını elə montaj ediblər ki, guya o, izdihamı iğtişaş və zorakılığa çağırıb.

Trampın hüquqşünasları BBC-ni 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyərək tələb etmişdilər ki, korporasiya təkzib yayımlasın, rəsmi şəkildə üzr istəsin və kompensasiya ödənişi etsin.

Qalmaqalın nəticəsi olaraq BBC-nin baş direktoru Tim Deyvi və xəbərlər departamentinin rəhbəri Debora Terness istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...