Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
"ECONOMX" xəbər verir ki, 2023-cü ildə orta illik maaş 37 min 840 avro təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici 5,2% artıb.
Aİ ölkələri arasında Lüksemburq illik 82 min 969 avro ilə (aylıq 6914 avro və ya 13 min 623 manat ) ən yüksək maaşın olduğu ölkədir. Onun ardınca Danimarka (71 min 565 avro) və İrlandiya (61 min 51 avro) gəlir.
Ən aşağı illik orta maaşlar isə Bolqarıstan (15 min 387 avro), Yunanıstan (17 min 954 avro) və Macarıstan (18 min 461 avro) üzrə qeydə alınıb.
İllik maaş artımı baxımından Rumıniya (16,7%) ilk yeri tutub. Onun ardınca Polşa (16,6%) və Bolqarıstan (14%) qərarlaşıb.
Məbləğ baxımından maaşların ən çox artdığı ölkələr isə Avstriya (4 min 122 avro), Danimarka (3 min 625 avro) və Polşa (3 min 20 avro) olub. (Marja)
17 dəfə oxundu










