Ukrayna Rusiya ilə danışıqları dayandırdı
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa 11 noyabrda dərc olunmuş “The Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Ukrayna və Rusiya mediası buna yalnız indi fikir verib.
Müsahibədə Kislitsa bildirib ki, Rusiya ilə sülh danışıqları bu il çox irəliləyiş olmadan başa çatdığından, onlar dayandırılıb.
Ukrayna xarici işlər nazirinin müavininin sözlərinə görə, Kiyev yaydan bəri Ukraynanın beynəlxalq tərəfdaşlarını Rusiya Prezidenti Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi görüşə məcbur etmək üçün daha aktiv addımlar atmağa çağırmağa çalışır.
Nəşr qeyd edib ki, Kislitsa Ukrayna prezidenti adından Rusiya, ABŞ və onların NATO müttəfiqlərinin iştirak etdiyi sülh prosesinə nəzarət edir.
Xatırladaq ki, Rusiya və Ukrayna 2025-ci ildə İstanbulda üç raund danışıqlar keçiriblər. Danışıqlar zamanı tərəflər hərbi əsirlərin və həlak olan əsgərlərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Bir saatdan az davam edən üçüncü raundda Kiyev cəbhədə tam atəşkəs təklif edib, Rusiya isə bir-iki günlük hərbi əməliyyatların dayandırılmasını təklif edib.
Qeyd edək ki, daha öncə Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov bildirib ki, Rusiya istənilən vaxt İstanbulda Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.
15 dəfə oxundu










