Rayon rəhbəri Tərtər şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri ilə tanış olub
Körpələr evi-uşaq bağçası 2 mərtəbədən ibarətdir. Uşağların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təmin olunacaq, onların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaq.
Körpələr evi-uşaq bağçasının sentyabır ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Rayon rəhbəri bildirib ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələri uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
1 dəfə oxundu











