Çox düşündüm, görəsən bunu danışdıran nədir? - Polad Bülbüloğluna qarşı ilginc iddialar
"1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə "hədiyyə edən", Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən (kinoprokatın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?" GUNDEM.İNFO.AZ xəbər verir ki, bu sözləri Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında yazıb.
K.Şahverdi bir neçə gün əvvəl sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun “Gələn il üçün bizim kinomuza ümumiyyətlə vəsait ayrılmayıb. Bu, büdcədə nəzərdə tutulmayıb. Bunun səbəblərini mən bilmirəm, yəqin ki, Mədəniyyət Nazirliyinin və Maliyyə Nazirliyinin nümayəndələri, müavinləri bizə izah edəcəklər” fikirlərinə münasibət bildirən zaman qeyd edib.
- Nəhayət ki, gecənin bu saatında başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən...Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.
Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.
İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox...
Mövzu ilə bağlı Polad Bülbüloğlunun da mövqeyini dərc eetməyə hazırıq.
19 dəfə oxundu










