“Heç birində sertifikat görməmişik” – VİDEO
Gundem.info.az Baku.TV-yə istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, bu mərkəzlərdən bəziləri lisenziyasız, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərib. Görünən odur ki, günü-gündən stomatoloji mərkəzlərin sayı artsa da, onların hamısı heç də tələb olunan qaydalara uyğun şəkildə fəaliyyət göstərmir. Bu isə ilk növbədə pasiyentlərin sağlamlığı üçün ciddi risk yaradır.
Həkim Adil Qeybullanın sözlərinə görə, bütün tibb işçiləri akkreditasiyadan keçməlidirlər:
“Bu zaman hər kəsin diplomu nəzərdən keçirilir və onlara konkret müddət ərzində fəaliyyət göstərmələri üçün lisenziya verilir. Dünyanın hər yerində bu təcrübə tətbiq olunur”.
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, qanunvericiliyə əsasən, tibbi fəaliyyətin həyata keçirilməsi üçün həm lisenziya, həm sertifikasiya tələb olunur:
“İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olan şəxslər inzibati qaydada cərimə edilirlər”.
16 dəfə oxundu










