Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib

  Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edibLənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqı-satqısı məqsədilə bağlanan müqavilənin məbləği açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bildirilir ki, müqavilənin icra müddəti 20.04.2024-cü ildən 29.04.2025-ci il tarixinədək qüvvədə olub. Bu müddət ərzində Lənkəran Rayon Mərkəzi Xəstəxanası istifadə etdiyi qaza görə “Azəriqaz”a 114 min manat ödəyib.
Məlumat üçün bildirək ki, Azərbaycan daxilində qeyri-əhali qrupuna satılan təbii qazın 1 kubmetrinin qiyməti 28,5 qəpik müəyyənləşdirilib.
Açıqlanan məlumatlardan belə görünür ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası bir il ərzində təxminən 400 000 kubmetr qaz (114 000 / 0,285) istehlak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...