"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyibBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

Demokrat.az IFFHS-nin saytına istinadən xəbər verir ki, reytinqdə 502 klub yer alıb.

Azərbaycan çempionu "Qarabağ" klubu 192.25 xalla dünya reytinqində 17 pillə irəliləyərək 82-ci sıradan 65-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz "Sabah" klubu 296-cı mövqedən 276-cı yerə, "Araz-Naxçıvan" klubu 391-ci yerdən 390-cı yerə, "Zirə" isə 407-ci yerdən 387-ci mövqeyə yüksəliblər.

Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin "Real Madrid", "Çelsi", "İnter" və "Bavariya" müvafiq olaraq yer alırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
24 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...