Azərbaycanda daha bir qurumda maliyyə böhranı

Azərbaycanda daha bir qurumda maliyyə böhranıAzərbaycanda daha bir qurumda maliyyə böhranı yaşanır.

Söhbət Əmanətlərin Sığortalanması Fondundan gedir. Hazırda Fondun yığılmış vergi borcununun miqdarı 1 milyon 423,5 min manat təşkil edir(iqtisadiyyat.az) .

Cari ilin əvvəlində fondun dövlət qarşısında borcunun miqdarı 1 milyon 312,2 min manat, ötən ilin müvafiq dövründə isə 1 milyon 235,5 min manat olub. ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-də isə 1 milyon 192,8 min manat təşkil edib. Müşahidə edilən odur ki, Fondun dövlətə borcu ildən ilə artmaqda davam edir.

Niyə bu fond ciddi maliyyə çətinliyi ilə üzləşib? Hansı səbəbləri var?

Birinci növbədə nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanda bir sıra banklar lisenziyasını itirib (məsələn, "Atabank", "AGBank", "NBCBank" və s.). Bu bankların əmanətçilərinə sığorta ödənişləri isə fondun maliyyə yükünü artırıb. Rəsmi olaraq açıqlanmasa da müvafiq prossedura görə. Fond dövlətdən borc alaraq əmanətçilərə sığorta ödənişi edir. Bu borclar da adətən Maliyyə Nazirliyi və ya Mərkəzi Bankdan alınır.

Əlimizdə olan son rəsmi statistikadan da görünür ki, Fondun borcları artmaqda davam edir:

2023 may: 1,14 milyon manat
2023 dekabr: 1,19 milyon manat
2024 başlanğıcı: 1,31 milyon manat

Lakin banklarda toplanan əmanətlərin həcmi nə 2023-cü ildə, nə də 2024-cü ildə azalmayıb. Belə ki, 2023-cü ildə banklarda cəmi depozitlərin həcmi 34.6 mlrd manat, 2024-cü ildə isə 37.6 mlrd manat olub. Yəni əmanət yığımlarında 8.8 faiz artım baş verib. O zaman Fondun borcları niyə bu qədər ardıcıl olaraq artmaqdadır. Normal hesablamayla Fondun gəlirləri artmalıydı.

İlk növbədə fondun müəyyən investisiya və ya depozit gəlirləri kəskin azalıb. Buna görə də əvvəlki dövrdən yığılan vergi öhdəlikləri qalır və balansda borc nisbi olaraq artır. Fondun bu qədər borclanması məhz düzgün təşkil edilməyən maliyyə idarəetməsi və israfçılığın göstəricisidir. Çünki borc artdıqca dövlətə ödənişlər üçün ayrılan büdcə azalır, vergi ödənişləri də gecikir. Burada əsas iki məqam xüsusilə vacib məqamdır.

Fondun qiymətli kağızlar üzrə idarəetməsi effektiv təşkil edilməyib. Nəticədə gəlirləri (bank haqları və investisiya gəlirləri) bu ödənişləri qarşılamayıb.

İkincisi Dövlət bu fərqi bağlamaq üçün fonda borc vəsaiti verib, amma o borc tam ödənməyib.

Eyni zamanda böyük ehtimalla kollektivə lüzumsuz əmək haqqı, ezamiyyət və məzuniyyət xərclərinin yazılması, cari xərclərin şişirdilməsi də bu fondun maliyyə vəziyyətini bir qədər də pisləşdirib.

Bütün hallarda əmanət yığımlarının artdığı, Dövlət ayırmalarının çoxaldığı bir məqamda ardıcıl olaraq bu Fondun borclarının çoxalmasının yalnız bir səbəbi var - səriştəsizlik və doğru olmayan idarəetmədir.

P.S Əmanətlərin Sığortalanması Fondunun maliyyə hesabatlılığı da aşağı səviyyədədir. 2025-ci ilin yekunlaşmasına baxmayaraq Fond 2024-cü ilin hesabatını hələ də açıqlamayıb.

"EconomX" Sosial İqtisadi Düşüncə Mərkəzi


Azərbaycanda daha bir qurumda maliyyə böhranı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...