ABŞ Hörmüz boğazında qalmış gəmiləri çıxarmağa başlayacaq

ABŞ Hörmüz boğazında qalmış gəmiləri çıxarmağa başlayacaqABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibə səbəbilə Hörmüz boğazında ilişib qalmış gəmiləri çıxarmaq üçün 4 may tarixində "Azadlıq Layihəsi" əməliyyatına başlamağı planlaşdırdığını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz "Truth" hesabında yazıb.

Tramp, bir çox ölkənin Hörmüz boğazında ilişib qalmış ticarət gəmiləri ilə bağlı narahatlıqlarını ifadə etdiyini qeyd edib.

"Nümayəndələrimə gəmilərin və heyətlərinin boğazdan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün hər cür səy göstərəcəyimizi bildirmələrini tapşırdım. Onlar, ərazi gəmiçilik və sair üçün təhlükəsiz olana qədər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər. "Azadlıq Layihəsi" kimi tanınan bu əməliyyat, Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhəri başlayacaq", - Tramp bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...