İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi
Axar.az xəbər verir ki, İran səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru Məhəmməd Əsədi Müvahed açılış nitqi edib.
Konfrans bədii çıxışlarla müşayiət olunub. İranlı tələbə "Şahnamə"dən parçalar oxuyub, erməni musiqiçi isə iki xalqın mənəvi yaxınlaşmasının simvoluna çevrilən "Hey İran" kompozisiyasını ifa edib.
Qeyd edək ki, İrəvandakı Göz Məscid Azərbaycan abidəsidir və 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə inşa olunmuşdur. İran o məscidi “restavrasiya” edərək özününküləşdirib və erməni-fars qardaşlığının simvoluna çevirib.
İran analoji “rekonstruksiyanı” Şuşa məscidində də həyata keçirmişdi. Şuşa işğaldan azad edildikdən sonra bu kənar müdaxilələr təmizləndi.
218 dəfə oxundu











