DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq

DYP-dən skuter istifadəçilərinə xəbərdarlıqBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) fərdi mobil vasitələrdən istifadə edən şəxslərə çağırış ünvanlayıb.

Bu barədə Gundeminfo-ya BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Bakının müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasına bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır), piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması kimi hallar daxildir.

“Sadalanan qayda pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik. Bir daha xatırladaq ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər”,- məlumatda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...