Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA
Manset.az ictimaiyyətdə geniş müzakirə olunan bu məsələ ilə bağlı İTV-nin hazırkı baş direktoru Balakişi Qasımovdan açıqlama ala bilib. O, açıqlamasında yenidən namizəd olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirib:
“İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam.”
Jurnalistin “Sizin AzTV-yə sədr təyin olunacağınızla bağlı məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq o qeyd edib:
“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, şayiədir, qeyri-ciddi məlumatdır".
"Bəs namizəd olub seçildikdən sonra hansı yeniliklər gözlənilir?" sualına isə Qasımov belə cavab verib:
"Seçildikdən sonra da yeniliklər olacaq”.
Qeyd edək ki, Balakişi Qasımovun yenidən namizəd olmayacağı, AzTV-yə sədr təyin olunacağı, AzTV sədri Rövşən Məmmədovun daha yüksək posta təyin ediləcəyi, “Space” televiziyasının sabiq rəhbəri Vado Korovinin isə İctimai Televiziyaya baş direktor gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
6 dəfə oxundu













