Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Gundeminfo.com xəbər verir ki, Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Qəbələnin, yaxud Ağdamın ikinci paytaxt elan edilməsi mükəmməl bir addım olar:
“Lakin proses gecikir. Bu məsələ ilə bağlı qəti qərarın verilməsi daha düzgün olardı. Görünür, dövlət səviyyəsində müəyyən amillər nəzərə alındığı üçün hələ ki, bu istiqamətdə hansısa məsələlərə aydınlıq gətirilmir”.
Deputat bildirib ki, Bakıda yaranmış tıxac probleminin həlli məhz bu yanaşmadan, yəni ikinci paytaxt seçilməsindən keçir:
“Şəhərin mövcud vəziyyəti bu istiqamətdə daha ciddi düşünməyi zəruri edir. Çünki vaxtında həll olunmayan məsələlər sonradan daha böyük xərclər və gecikmələrlə nəticələnə bilər. Bu baxımdan, belə bir yanaşma gündəmdədirsə, onun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğundur. Çünki Bakı həddindən artıq yüklənib, tıxaclar, ekoloji gərginlik ən yüksək səviyyədədir. Paytaxtın başqa ikinci bir şəhərə köçürülməsi, həm də o regionda yeni iş yerlərinin açılmasına, eləcə də investisiya axınına şərait yaradar”.
6 dəfə oxundu











