Onkoloji xəstələrə böyük ÜMİD – Tibbi sığorta gəlir?
Son illər Azərbaycanda onkoloji xəstəliklərin sayı artır. Bu xəstəliklər artıq təkcə yaşlılarda deyil, hətta uşaqlar arasında da rast gəlinir. Xəstəliyin yayılması ilə yanaşı, ən ciddi problemlərdən biri onkoloji müalicənin yüksək maliyyə tələb etməsidir. Milli Onkologiya Mərkəzində baş verən hadisə də göstərir ki, onkoloji xəstələrin müalicəsi ilə bağlı yeni addımların atılmasına ehtiyac var. Belə addımlardan ən zəruri pediatrik onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsidir.Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən açıqlama verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu artıq yaradılıb və hazırlıq işləri aparılır. Məqsəd uşaqlarda onkoloji xəstəliklərin diaqnostikadan müalicəyə qədər olan mərhələlərdə daha əlçatan və tam şəkildə sığorta ilə qarşılanmasını təmin etməkdir. Buraya əhatə olunacaq yaş qrupları və xidmət paketinin detalları da daxildir.
Eyni zamanda, özəl tibb müəssisələrində onkoloji xidmətlərin göstərilməsi ilə bağlı da yeni yanaşma formalaşır. Yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri bu prosesə qoşula biləcək.
6 dəfə oxundu












