Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor təyin edildi

Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor təyin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Gundeminfo.az "Banker.az"a istinadən xəbər verir ki, Məmmədov Mail Ağasən oğlu 2025-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

O, 2020-ci ildən etibarən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Fondun Nərimanov rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

2018-2019-cu illərdə Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Pensiya təyinatı sektorunda sektor müdiri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

Məmmədov Mail 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...