Paşinyan Ermənistanın himnini dəyişdi

Paşinyan Ermənistanın himnini dəyişdi
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkənin dövlət himninin yeni redaksiyasını, eləcə də onun tam və qısa musiqi versiyalarını təqdim edib. Bu dəyişikliklər Ermənistanın dövlət himni haqqında qanuna edilmiş düzəlişlərə əsasən həyata keçirilib.

Gundeminfo.az Bizim.Media-ya istinadla xəbər verir ki, təqdim olunan yeni redaksiyada «Vətənimiz» adlı himnin mətninin sözləri Mıkael Nalbandyana, musiqisi isə Barseq Kanaçyana məxsusdur. Himnin rəsmi şəkildə təsdiqlənmiş tam və qısa versiyaları da ictimaiyyətə təqdim olunub.

Sənədin müəllifləri bildirirlər ki, himnin sonluğu daha nikbin və ruhlandırıcı şəkildə yekunlaşmalıdır. Buna görə də əvvəlki «Xalqının azadlığı uğrunda ölən bəxtiyardır» ifadəsi «Qoy Ermənistan həmişə şöhrət tapsın» sözləri ilə əvəz edilib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha öncə həm ölkənin dövlət gerbi, həm də Konstitusiyasının dəyişdirilməsi ilə bağlı niyyətini açıq şəkildə bəyan edib.

O, ölkədəki simvolların və əsas sənədlərin müasir reallıqlara uyğunlaşdırılmasının zəruri olduğunu bildirib və gerb, himn və Konstitusiyanın dəyişdiriləcəyinə söz verib.

eni himn 2025-ci il yanvarın 22-də Ermənistan parlamenti tərəfindən təsdiqlənib və aprel ayından qüvvəyə minib. Təkliflər paketi parlamentə spiker Alen Simonyanın rəhbərlik etdiyi deputat qrupu tərəfindən təqdim olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...