SON DƏQİQƏ: "Azərbaycanda əsgərlik yaşı 20-yə qaldırıla bilər"
“Azərbaycanda hərbi xidmət yaşı ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Artıq hərbi xidmət yaşının 18-dən 20-yə qaldırılmasının vaxtı çoxdan çatıb.”
Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında səsləndirib.
Ekspertin fikrincə, 18 yaş məktəbli yaşına uyğun gəlir və bu dövrdə gənclər hələ həyat təcrübəsi qazanmamış olur:
“Məktəbi yeni bitirən gənc ali təhsil ala bilmədikdə dərhal orduya göndərilir. Bu, olduqca ciddi rejimli bir mühitdir. Halbuki, həmin şəxslərə bir şans verilməlidir. Ola bilər ki, imtahanda uğur qazanmayıb və ya başqa səbəbdən ali təhsil ala bilməyib. Bu, o demək deyil ki, dərhal hərbi xidmətə aparılmalıdır”, – deyə ekspert bildirib.
Üzeyir Cəfərov hesab edir ki, bu məsələdə Elm və Təhsil Nazirliyi güc strukturları ilə birgə çalışmalıdır:
“Komandirlər hərbi xidmətə yeni gələn gənclərin yaşadığı çətinliklərlə üzləşir. Hərbi xidmətin 20 yaşdan başlaması insanın bir qədər də formalaşması baxımından daha məqsədəuyğundur. Təhsilini davam etdirmək istəyənlərə şərait yaradılmalıdır. Peşə təhsili müəssisələrinə də üstünlük verilməlidir. Əgər biri ali məktəbə daxil ola bilməyibsə, ən azından bir peşəyə yiyələnə bilər”.
Ekspert bildirib ki, çağırış dövründə 18 yaşlı gənclərin əsgər gedərkən yaşadığı psixoloji sarsıntılar da nəzərə alınmalıdır:
“Zar-zar ağlayan çağırışçılar görürük. Səhər rejimi, nizam-intizam, gigiyenik qaydalar, bunların hamısı böyük psixoloji gərginlik yaradır. Ona görə də bu yaşın 20-yə qaldırılması zəruridir”.
Üzeyir Cəfərovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu cür yanaşma mövcuddur və Azərbaycanda da bu model tətbiq olunmalıdır.
O, hərbi xidmət yaşının tez bir zamanda 18-dən 20-yə qaldırılmasının vacibliyini vurğulayıb”.
40 dəfə oxundu