Rusiyanın daha bir helikopteri vuruldu

Rusiyanın daha bir helikopteri vuruldu
Ukrayna ordusu Rusiya hərbi helikopterini vurub.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan Rusiyanın 341 helikopteri məhv edilib. Moskvanın digər itkiləri arasında 422 təyyarə, 476 reaktiv yaylım atəşi sistemi, 1200 hava hücumundan müdafiə vasitəsi, təxminən 11 min tank, 55 mindən çox operativ-taktiki pilotsuz uçuş aparatı, eləcə də 3664 qanadlı raket yer alır.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiya ordusu 850 hərbçisini (öldürülən və yaralanan) itirib. 2022-ci ilin fevralından bəri ümumi itkilər təxminən 1 milyon 83 min nəfər təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...