Hansı rayonda nə qədər yeni iş yeri açılıb? – Tam siyahı
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yeni açılan iş yerlərinin sayı 0,5% və ya 120 iş yeri artıq olub.
Ötən ildə olduğu kimi, bu il də ən çox yeni iş yerinin Nərimanov rayonunda açıldığı bildirilir. Bu ilin ilk 3 ayında Nərimanovda açılan yeni iş yerlərinin sayı 2 min 927 olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Nərimanovda yeni açılan iş yerlərinin sayı 11,5% azalıb.
Qeyd edək ki, ölkə üzrə açılan yeni iş yerlərinin 75,8%-i və ya 17 min 818-i Bakı şəhərinin payına düşüb.
Azərbaycanın 3 rayonunda – Culfa, Sədərək və Şahbuz rayonlarında 3 ay ərzində yeni iş yeri açılmayıb.
Bu ilin ilk 3 ayında şəhər və rayonlar üzrə yeni açılan iş yerlərinin sayı belə olub:
Nərimanov rayonu – 2927
Nəsimi rayonu – 2627
Xətai rayonu – 2378
Yasamal rayonu – 2396
Səbail rayonu – 2170
Binəqədi rayonu – 1880
Nizami rayonu – 1263
Sabunçu rayonu – 758
Abşeron rayonu – 761
Suraxanı rayonu – 689
Sumqayıt şəhəri – 671
Gəncə şəhəri – 513
Xəzər rayonu – 416
Xızı rayonu – 342
Qaradağ rayonu – 284
Babək rayonu – 237
Naxçıvan şəhəri – 206
Xaçmaz rayonu – 173
Şirvan şəhəri – 172
Şəki rayonu – 165
Cəbrayıl rayonu – 139
Qusar rayonu – 131
Şəmkir rayonu – 126
Mingəçevir şəhəri – 123
İmişli rayonu – 121
Qəbələ rayonu – 120
Qobustan rayonu – 94
Ağdam rayonu – 75
Tovuz rayonu – 82
Lənkəran rayonu – 83
Ağdərə rayonu – 83
Laçın rayonu – 65
Qazax rayonu – 64
Xankəndi şəhəri – 66
Sabirabad rayonu – 61
Gədəbəy rayonu – 52
Yevlax rayonu – 50
Beyləqan rayonu – 50
Kürdəmir rayonu – 49
Zaqatala rayonu – 47
İsmayıllı rayonu – 43
Oğuz rayonu – 43
Kəlbəcər rayonu – 42
Tərtər rayonu – 39
Naftalan şəhəri – 38
Samux rayonu – 37
Şabran rayonu – 35
Balakən rayonu – 33
Biləsuvar rayonu – 31
Siyəzən rayonu – 31
Pirallahı rayonu – 30
Göyçay rayonu – 30
Daşkəsən rayonu – 29
Ağcabədi rayonu – 29
Xocalı rayonu – 29
Ordubad rayonu – 25
Bərdə rayonu – 25
Lerik rayonu – 24
Xocavənd rayonu – 24
Astara rayonu – 23
Salyan rayonu – 23
Füzuli rayonu – 19
Neftçala rayonu – 19
Cəlilabad rayonu – 18
Göygöl rayonu – 18
Hacıqabul rayonu – 18
Yardımlı rayonu – 18
Şərur rayonu – 15
Ağdaş rayonu – 15
Qubadlı rayonu – 13
Kəngərli rayonu – 11
Şamaxı rayonu – 11
Qax rayonu – 11
Masallı rayonu – 11
Şuşa rayonu – 8
Ağstafa rayonu – 7
Ucar rayonu – 7
Goranboy rayonu – 6
Saatlı rayonu – 5
Zəngilan rayonu – 4
Zərdab rayonu – 3
Ağsu rayonu – 1
Sədərək rayonu – 0
Culfa rayonu – 0
Şahbuz rayonu – 0
10 dəfə oxundu













