Vətəndaşlar narazılıq edirlər – BOKT-lara nəzarət mexanizmi necədir?

Vətəndaşlar narazılıq edirlər –  Vətəndaşların bəziləri kredit əldə etmə şərtlərinin nisbətən daha sadə olması səbəbindən banklardan çox BOKT-lara (bank olmayan kredit təşkilatı) müraciət edirlər. Lakin xüsusilə son illərdə yüksək faiz dərəcələri, əlavə ödənişlər və bəzi hallarda müştərilərlə münasibətlərin lazımi səviyyədə tənzimlənməməsi ilə bağlı narazılıqlarını ifadə edirlər. Bu şikayətlər BOKT-ların fəaliyyətinə nəzarət mexanizmlərinin və müştəri hüquqlarının qorunması məsələsini gündəmə gətirib.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bank olmayan kredit təşkilatlarının fəaliyyət sahəsi tənzimlənən maliyyə fəaliyyət sahəsi hesab edilir.

Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir"- Rəşad Həsənov

O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu istiqamətdə nəzarət və tənzimləmə Mərkəzi Bank tərəfindən həyata keçirilir: “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin bütün mərhələlərini əhatə edən hüquqi çərçivə Mərkəzi Bankın normativ hüquqi aktları, Azərbayran Respublikasının qanunları və qaydaları vasitəsilə tənzimlənir. Kredit faizlərinin aşağı və yuxarı olması bazarla əlaqədar olan məsələdir. Son dövrlərdə, xüsusilə də bank olmayan kredit təşkilatlarının portfelində ciddi şəkildə artım müşahidə olunur. Son illərdə bir neçə dəfə artıb və bu təbii olaraq bazarda tələbdən qaynaqlandığı üçün öz-özlüyündə faizlərin yuxarı istiqamətli yönəlməsi baş verir. Faizləri bazar formalaşdırır, yəni burada birbaşa olaraq faizlərə müdaxilənin edilməsi qanunvericiliklə müəyyən olunmayıb. Tələb olduğu üçün faizlər artıb. Vətəndaşların bundan birmənalı şəkildə narazılıq etməkdə haqqı olsa da, yenə də bu vəsaitləri tələbi onlar formalaşdırır. Bunu nəzərə almaq lazımdır”.

R. Həsənov qeyd edib ki, müştəri hüquqlarının pozulduğunu və ya ona qarşı kobud rəftar edildiyini hesab edərsə, bu məsələni qanunvericiliyə uyğun qaydada həll edə bilər: “Vətəndaşlarla kobud rəftar barədə məndə məlumat yoxdur. Ola bilsin ki, hansısa ikitərəfli münasibətlər kontekstində ortaya çıxan məsələlər olsun və ya borcların ödənilmədiyi halda tərəflər arasında hər hansı bir buna bənzər hallar ortaya çıxarsa, bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən məsələlərdir və bütün sahələrdə olduğu kimi, bu sahədə də müştərilər öz hüquqlarını məhkəmə instansiyalarında, eyni zamanda adidiyyatı qurumlara müraciət və şikayət ünvanlamaqla təmin etməyə çalışa bilərlər. Burada kimsə borcluya və ya müştəriyə münasibətdə onun şəxsiyyətini hansısa formada təhqir etməsi, hüquqalarını pozması ilə bağlı hansısa üstünlük daşımır. Qanunvericilikdə bu, təşkil olunmayıb. Buna görə də bu hüquqlar istənilən halda Azərbaycan Respublikasının qanunları çərçivəsində məhkəmə instansiyalarında axtarılmalı və bu istiqamətdə məsələlər həllini tapmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...